Zaqatalada ov tüfəngi ilə 39 yaşlı kişini güllələyən şəxs saxlanılıb.
Hafta.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb.
Ondan ov tüfəngi götürülüb.
*** 11:00
Xəbər verdiyimiz kimi, Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Hafta.az xəbər verir ki, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.
O, Zaqatalada restoran sahibi olub./oxu.az/
***
Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Hafta.az xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.